RU

Rusiya güləşçiləri Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcək

Rusiya güləşçiləri avqustun 5-11-də Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcəklər.

Bu barədə ölkənin Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, Rusiya idmançıları 18 mümkün olimpiya lisenziyasından 16-nı qazana biliblər. Lakin Beynəlxalq Olimpiya Komitəsi titullu güləşçilər Abdulraşid Sadulayev, Zaurbek Sidakov, Zaur Uguev, Musa Evloyev və Rusiya yığmasının digər rəhbərlərinin iştirakına icazə verməyiblər.

“Bununla əlaqədar Rusiya Güləş Federasiyasının İcraiyyə Komitəsində sərbəst, qadın və yunan-Roma güləşi üzrə Rusiya yığmalarının məşqçilər heyəti və Olimpiya Oyunlarına dəvət almış idmançılarla geniş tərkibdə görüş keçirilib. Onların Olimpiya Oyunlarında iştirak etməməsi barədə yekdil qərar verilib".

Mənbə: report.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
75
6
report.az

7Источники