RU

Zenfira ağac altında dincələn Şəbnəmin istirahətinə belə “HARAM QATDI“ - VİDEO

Müğənnilər Zenfira İbrahimova və Şəbnəm Tovuzlunun sosial şəbəkədə yayılan videosu "viral" olub.

İstirahət mərkəzlərinin birində ağacın kölgəsində günəşdən gizlənən Şəbnəmi həmkarı Zenfira su şlanqı ilə sulayıb.

Bunu görən Ş.Tovuzlu oturduğu yerdən sürətlə ayağa qalxaraq Z.İbrahimovadan qaçmağa cəhd göstərib.

Lakin Zenfira buna məhəl qoymayaraq, Şəbnəmin arxasıyca qaça-qaça onu sulamaqda davam edib. Daha sonra Tovuzlu İbrahimovanın əlindən su şlanqını alaraq, onu o ki var sulayıb. 

İfaçılar beləcə həm əylənib həndə istirahətlərinə əyləncə qatıblar.

Sözügedən hadisə anbaan onlarla istirahət edən şəxs tərəfindən lentə alınaraq sosial şəbəkədə yayımlanıb.

Həmin görüntüləri sizə təqdim edirik:


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
150
6
news365.az

10Источники