RU

Türkiyə nə üçün məğlub oldu? - Ekspert səbəbləri göstərdi

Məlum olduğu kimi, Türkiyə Avropa Çempionatındakı mübarizəsini dayandırdı.

Qardaş ölkə 1/4 finalda Niderland yığmasına 2-1 hesabı ilə məğlub oldu. Türkiyə matçda önə keçməsinə baxmayaraq, 6 dəqiqə ərzində qapısından 2 qol buraxdı. Nəticədə, "ay-ulduzlular" yarımfinal mərhələsinə yüksələ bilmədilər. 

Ümumiyyətlə, Türkiyənin Niderland qarşısında üstünlüyünü qoruya bilməyərək turnirə vida etməsinə səbəb olan səhvləri nələr idi?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən futbol mütəxəssisi Aslan Kərimov bildirib ki, Türkiyə millisi Avstriya ilə oyunda da çox yaxşı çıxış etməmişdi:

353700

"Əslində Türkiyə həmin oyunda standart vəziyyətlər xaric bir çox komponentlərdə Avstriyaya məğlub olmuşdu. Amma standart vəziyyətdən vurduqları 2 qolla mərhələni keçə bildilər. Hətta oyunda hər üçüncü pas rəqibə gedirdi.

Niderland millisi ilə oyun da bu məcrada keçdi. Düşünürəm ki, Türkiyə millisinin əsas səhvi həddindən artıq müdafiəyə çəkilməsi idi. Həmçinin, əsas məsələ topu rəqibə vermədən özündə saxlamaq idi. Təəssüf ki, qardaş ölkənin yığması bunu da yaxşı edə bilmədi". 

Ekspert qeyd edib ki, Türkiyə millisi yalnız ikinci qolu buraxandan sonra böyük qüvvə ilə hücum etməyə başladı:

"Amma ümumi olaraq oyun üstünlüyü cəhətdən Niderland millisi Türkiyədən daha yaxşı oynadı. Halbuki, onların özlərinin də oyunda bir çox problemləri var idi. Əslində türklər bundan məharətlə istifadə edə bilərdilər, amma nədənsə ustalıq səviyyələri çatmadı. 

Həmçinin, Arda Gülərin üzərinə həddindən artıq böyük yük qoyulması da yanlış addım idi. Amma Arda bir məhsuldar ötürmədən başqa meydanın mərkəzində istənilən performansı göstərə bilmədi. Bütün bunların fonunda Türkiyənin Niderlanda məğlub olması və Avropa Çempionatına vida etməsi normal qəbul edilməlidir. Çünki oyundakı bütün əsas komponentlərdə də məğlub olurdular". 

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
139
50
hit.az

10Источники