RU

Qadın Seriyası: Azərbaycanın 3x3 basketbol millisinin oyunlarının təqvimi bəlli olub

Qadın

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycanın 3x3 basketbol millisinin Qadın Seriyasının Bordo mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Raşa Deliçin rəhbərlik etdiyi komanda ilk görüşünü iyulun 9-da İrlandiya, Avstriya və “Bordo Ballistik” komandalarının yer aldığı seçmə mərhələnin qrup qalibinə qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:30 –da başlayacaq.

Qrupda növbəti rəqib isə İspaniya yığması olacaq və qarşılaşma Bakı vaxtı ilə saat 23:15-də start götürəcək.

Qeyd edək ki, qruplarda ilk iki pilləni tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
3
azertag.az

4Источники