RU

Azərbaycan millisi Ermənistana qarşı oynayacaq

9-14 iyul Cəbəllütariqdə 16 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatı “C” divizionu oyunları keçiriləcək. 

Savash.org xəbər verir ki, A qrupunda qərarlaşmış qızlardan ibarət Azərbaycanın U-16 millisi Gürcüstan, Ermənistan və Kipr yığmalarına qarşı mübarizə aparacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 9 iyul Bakı vaxtı ilə saat 15:00-da Ermənistan yığmasına qarşı olacaq.

Qızlarımız qrupda növbəti oyunlarını, 10 iyul saat 12:30-da Gürcüstan və 11 iyul saat 12:30-da Kipr millilərinə qarşı keçirəcəkdir.

Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA -nın rəsmi “youtube” hesabından canlı olaraq yayımlanacaq.

Избранный
80
6
savash.org

10Источники