RU

iPhone 16 Pro keçən ilki iPhone 15 Pro Max-ın eksklüziv imkanını əldə edəcək

    Apple şirkəti hər il təqdim olunan yeni iPhone modellərinin kamera imkanlarını təkmilləşdirir. 2024-cü il istisna olmamalıdır. Gözləntilərə əsasən iPhone 16 smartfon seriyasında bu dəyişikliklər daha nəzərə çarpan olacaqlar. Keçən il təqdim edilmiş iPhone 15 smartfon seriyasına daxil olan iPhone 15 Pro Max-ın eksklüziv kamera özəlliyi ondan ibarətdir ki, sözügedən smartfon 5 qat optik zoom və 25 qat rəqəmsal zoom imkanlarını verən periskop kamera obyektivini özündə birləşdirir.     Ortaya çıxmış yeni məlumata əsasən bu il təqdim olunacaq iPhone 16 smartfon seriyasına daxil olacaq iPhone 16 Pro modeli də bu cür kamera obyektivinə sahib olacaq. Məlumatda qeyd edilib ki, Apple öz iPhone smartfonlarında periskop kamera obyektivinin istifadəsi imkanını genişləndirməyə hədəflənib. Məlumata əsasən bu ilki iPhone-lar üçün periskop kamera obyektivinin istehsalı ilə Tayvanın Largan Precision və Genius Electronic Optical şirkətləri məşğul olacaqlar. Qeyd etmək lazımdır ki, keçən ilki iPhone 15 Pro Max üçün periskop kamera obyektivinin istehsalı ilə məhz Largan Precision şirkəti məşğul olurdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
34
technote.az

10Источники