Futbol üzrə İspaniya millisinin cinah hücumçusu Lamin Yamal Avropa çempionatlarının tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, Almaniyada təşkil edilən AÇ-2024-ün yarımfinalında Fransaya qarşı keçirdikləri matçda (2:1) fərqlənən 16 yaşlı futbolçu Avropa çempionatları tarixində qol vuran ən gənc futbolçu ünvanına sahib çıxıb.
Öncəki rekord AÇ-2004-də İsveçrə millisinin heyətində 18 yaşında adını tabloya yazdıran Yohan Vonlantenə məxsus idi.
Xatırladaq ki, İspaniya finalda İngiltərə - Niderland cütünün qalibi ilə qarşılaşacaq.
Nihat