RU

Blinken və Almaniya XİN rəhbəri Bakı-İrəvan arasında sülh sazişini müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken Almaniyanın xarici işlər naziri Annalena Berbokla Azərbaycanla Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunmuş irəliləyişi müzakirə edib.

Dövlət Departamentinin məlumatına görə, tərəflər razılaşmanın tez bir zamanda yekunlaşmasının vacibliyini vurğulayıblar. Vaşinqtonda NATO sammiti çərçivəsində keçirilən görüşdə həmçinin Ukraynaya dəstək məsələsi, Qəzzada atəşkəsin əldə olunması üçün səylər, Yaxın Şərqdə eskalasiyasının qarşısının alınması və İran məsələsi müzakirə edilib.

Избранный
81
14
azpost.info

10Источники