“Pandemiyanın” müəllifləri Trampı 2020-də prezident seçilməyə imkan vermədilər – o zaman bu prosesi qlobal olaraq cinayətkarcasına idarə edənlərin səhvlərini deyənləri “sol-liboş-yarı-kommunist” tayfa dünya üzrə linç edirdi.
"Unikal" xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
"Sonra “pandemiya” cinayətləri yavaş-yavaş üzə çıxmağa başladı, 2022-də qlobal dalğa yaranmalı idi, bu məsələdə əli olanlar təşvişə düşdülər. Elmi araşdırmalar, bəzi ciddi siyasətçilərin bəyanatları oldu – deməli dünyada gündəmi dəyişmək, bütün diqqəti cəlb etmək üçün böyük fəlakətə ehtiyac yarandı. “Qlobalistlərin” adamı olan Putin Ukraynaya qarşı təcavüzə, müharibəyə başladı, dünyanın başını qatdılar, dünyanın başını yalançı, mənasız mövzularla qatan “qlobalistlər” arzularına çatmaq üçün xaos, ölüm səpməyə başladılar. Silah tacirləri, yalançı gündəm müəllifləri önə çıxdı, “pandemiya” zamanı insanlıq əleyhinə olan davranışlar unuduldu.
Bu qlobal “mafiyaya” qarşı olan Respublikaçılar partiyasının böyük bir hissəsi və onların sözcüsü Tramp önə çıxdı. Avropada milli qüvvələr, sağ-mərkəzçi siyasi cərəyanlar ciddi nüfuz və səs qazanmağa başladılar. Bu zaman dünyada fikir yönləndirməklə məşğul olan “mainstream” media (CNN, BBC, Euronews və s.) qorxu toxumu səpməyə, sağ-mərkəzi, onların təmsilçilərini, Trampı “düşmən”, “təhlükə” kimi təqdim etməyə başladılar. Çünki, doğrudan da, 40-50 ilik “psevdo-liberal-yarı-kommunist” ideya yayanlara onlar təhlükə yaratmış oldular.
Bir neçə ay öncə Robert Fitsoya qarşı, bu gecə Trampa qarşı sui-qəsd cəhdi həm də o “mainstream” medianın isterikasının, beyinləri yumaq cəhdinin nəticəsidir", - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, "qlobalistlər" Trampı və Respublikaçıları həzm edə bilmir:
"Dünya “sağ”lamlaşmalıdır, başqa yol yoxdur, bu qədər xaos, ölüm-itim, müharibə, qan-qada bəsdir, yetər artıq, ABŞ-da Respublikaçılar, o cümlədən Tramp bu yöndə nəsə edə bilər, bunu “qlobalistlər” bilir və həzm edə bilmirlər.
Əgər noyabra qədər Trampı qoruya bilsələr, o artıq prezidentdir, indidən təbrik etmək olar – bundan sonra dünyanın gündəmi də dəyişəcək, yalançı problemlər, “iqlim dəyişikliyi” adlı miflər tarixə qovuşacaq. Dünyanın ciddi ekoloji problemləri var, onlar həll edilməli, insan təbiəti qorumalı, su hövzələri mühafizə edilməlidir, amma bunun “iqlim dəyişikliyi” ilə əlaqəsi yoxdur. Dünyada yüzlərlə dəfə iqlim dəyişib, bu insan faktoruna bağlı deyil, ola da bilməz – onlarla dəfə qlobal “buz dövrü”, onlarla dəfə “qlobal istiləşmə” olub ki, o zaman dünyada insan övladı yaşamırdı. Məsələn, Saxara səhrasının yerində yüzmimlərlə il öncə tropik meşələr, çaylar, göllər olub, sonra səhraya çevrilib, bunu da insan övladımı edib?!
Düşünürəm və ümid edirəm ki, insanlıq əsl problemlərə köklənərək onların həlli üçün çalışacaq, dünya “sağ”alacaq, bunun bizim ölkəmizə də təsirləri olacaq, indidən çox aşağı neft qiymətlərinə hazırlaşmalıyıq, bizim ölkəmizə də “sırıdıqları” öhdəlik və gündəmdən canımızı qurtarıb məmləkətin ciddi iqtisadi, sosial problemləri ilə məşğul olmalıyıq, iqtisadi böhranın qapımızı döydüyünü anlamalı, önləmlər almalıyıq, zaman çox azdır...".