RU

Baş məşqçi görün federasiyadan nə istədi


Argentina yığmasının baş məşqçisi Lionel Skaloni Amerika Kubokunun finalında Kolumbiya üzərində 1:0 hesablı qələbədən sonra milli ilə gələcəyindən danışıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, o, komandadakı işini davam etdirmək istədiyini deyib:

“Hazırda müqaviləmin bitməsinə 2 il qalıb. Biz Argentina Futbol Assosiyasının prezidentinə deməliyik ki, mənə 15 illik müqavilə təklif etsin və mən onu imzalayacağam”.

Qeyd edək ki, 46 yaşlı mütəxəssis 2018-ci ildən Argentina millisinə rəhbərlik edir. Onun dönəmində komanda 1 dəfə dünya, 2 dəfə isə Amerika kubokunun qalibi olub.


Избранный
104
1
news24.az

10Источники