ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasından prezidentliyə namizəd kimi dəstəkləyiblər.
Axaraz xəbər verir ki, bu barədə Bill Klinton X səhifəsində bildirib.
"Biz Baydenə qoşularaq ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dəstəkləyirik", - paylaşımda deyilir.
Qeyd edək ki, seçki yarışından geri çəkilən ABŞ Prezidenti Co Bayden prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.