Paytaxtda avtomobil ana və balanı vurub, uşaq ölüb.
APA xəbər verir ki, hadisə Xətai rayonunun General Şıxlinski küçəsində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Kənan Rzazadə idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə yolu keçən 1994-cü il təvəllüdlü Ruhiyyə Tanrıverdiyevanı və 2021-ci il təvəllüdlü oğlu Seymur Məmmədlini vurub.
Hər iki piyada xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.