RU

Avtobus dayanacağında avtomobil saxlayan sürücülər cəzalandırılacaq

Azərbaycan qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası və ya ictimai nəqliyyatın dayanacaq yeri yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması ilə əlaqədar 2 bal yazılacaq.

Ednews  xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlmat yayılıb.

"Piyada təhlükəsizliyi və rahatlığının artırılması, mikromobillik vasitələrinin maneəsiz hərəkətininin təmin edilməsi məqsədilə ilk dəfə olaraq nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə 60 manat cərimə və 2 bal inzibati tənbeh tədbiri müəyyən edilir", - deyə məlumatda qeyd olunub.

Избранный
121
15
ednews.net

10Источники