Rəqib növbəti matçda amansız mübarizə aparacaq.
Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "DAK 1904"lə (Slovakiya) oyundan sonra keçirilən mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis 4:0 hesabı qələbəni şərh edib:
“İlk oyundan sonra danışmaq həmişə çətindir. Birinci hissə bitdi. Bizi 1 hətəlik fasilə gözləyir. Əgər mərhələni keçmək istəyiriksə, cavab matçına yaxşı hazırlaşmalıyıq. Rəqib növbəti matçda amansız mübarizə aparacaq. Biz gördük ki, onlar 60-cı dəqiqədən sonra amansız mübarizə aparırlar".
Qeyd edək ki, " DAK 1904" və "Zirə" komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.
Mənbə: report.az
Digər İDMAN xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az