RU

Qida zəhərlənmələrindən qorunmaq üçün tövsiyələrə əməl etmək lazımdır

Yazını böyüt
Yazını kiçilt

Qida zəhərlənmələri bütün dünyada tez-tez rast gəlinən bir haldır və isti havalarda, yaz-yay aylarında daha çox təsadüf edilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a bildirilib ki, zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistik rəqəmlərinə əsasən, qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir. Qida zəhərlənmələrindən qorunmaq üçün evdə qida hazırlayarkən tövsiyə olunan gigiyena qaydalarına əməl etmək lazımdır:

- Əllər yemək hazırlamazdan öncə, əsasən də çiy qidalarla təmasdan sonra yaxşıca yuyulmalıdır;

- Mətbəx dəzgahı təmiz saxlanmalı, xüsusilə çiy qidalarla (çiy ət, quş əti, balıq, çiy yumurta və tərəvəz) təmasdan sonra yaxşıca təmizlənməlidir;

- Yemək hazırlayarkən əldə hər hansı bir yara varsa, sarğı ilə bağlanmalıdır;

- Çiy istehlak edilən (limon, pomidor, meyvələr və s.) və çiy istehlak edilməyən (ət, kartof və s.) qidalar üçün fərqli doğrama lövhələrindən və bıçaqlardan istifadə edilməlidir.

Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!

Избранный
51
8
hafta.az

9Источники