RU

BMT: Qəzzada hər 10 nəfərdən 9-u məcburi köçkündür

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin hücumları altında olan Qəzza zolağında 10 nəfərdən 9-nun məcburi köçkün edildiyini bildirib.
Elchi.az xəbər verir ki, UNRWA-nın sosial media hesabından İsrailin hücumları nəticəsində Qəzzada didərgin düşən fələstinlilərlə bağlı açıqlama verilib.
Açıqlamada Qəzzada təhlükəsiz yer olmadığı vurğulanıb və bölgədəki insanların gedəcək yerləri olmadığına diqqət çəkilib.
Açıqlamada, təxminən 2,3 milyon əhalisi olan Qəzzada hər 10 nəfərdən 9-nun məcburi köçkün edildiyi vurğulanıb.
Bildirilib ki, məcburi köçkün fələstinlilər tapa bildikləri yerlərə, o cümlədən, dolu məktəblərə, dağılmış binalara, qum üzərində tikilmiş müvəqqəti çadırlara, hətta zibil yığınlarının olduğu ərazilərə sığınmağa çalışıblar.
İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlar səbəbindən Qəzza əhalisinin əksəriyyəti dəfələrlə məcburi köçkün vəziyyətinə düşüb.
Qəzzanın “rutininə” çevrilən məcburi köç səbəbiylə mülki əhali, xüsusilə də qadın və uşaqlar çətin şərtlər altında həyata tutunmağa çalışırlar.
Fələstin Qızıl Aypara Cəmiyyəti bəyan edir ki, İsrailin təhlükəsiz olduğunu iddia etdiyi və Qəzza zolağında məcburi köçkün fələstinlilərin sığındığı Əl-Məvasi bölgəsində bir çadır sahəsi belə qalmayıb.Nuranə Məmmədova

Избранный
69
3
elchi.az

7Источники