Naxçıvan Muxtar Respublikasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Culfa, Şərur və Şahbuz rayonları ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 3,2 ton olan 89890 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, həmin çətənə kolları yandırılaraq məhv edilib.
Qeyd edilir ki, bu istiqamətdə tədbirlər davam etdirilir.