Göründüyü kimi, İranın fəxr etdiyi güclü təhlükəsizlik sistemi və havadan müdafiə imkanları çox zəifdir. Təbii ki, İsrail ABŞ razılığı olmadan belə bir əməliyyat keçirdi bilməzdi.Belə bir əməliyyat Hizbullah lideri Həsən Nəsrullahin aradan götürülməsi istiqamətində keçirilməsi istisna deyil. İsrailin bu əməliyyatı İranın təhlükəsizlik orqanlarında boşluğun və agentura şəbəkəsinə malik olduğunu göstərir. Bununla, İranın hakimiyyət sisteminə və təhlükəsizliyinə nəzarət edən SEPAH nüfuzuna ciddi zərbələr dəyəcək. Prezidentin SEPAH və təhlükəsizlik orqanları işinə müdaxilə edə bilməməsi, bu qurumun özünü düzəltmək kimi islahatlara getməsi gözlənilmir. Artıq siyasi hakimiyyətdə güc strukturlarına inamsızlıq sindiromu yaranacaq.
İranın yeni prezidenti çətin sınaqlarla üz-üzədir. Bir tərəfdən ölkənin təhlükəsizlik strukturlarında deqradasiyaya baş verib. Həmçinin İsraillə münasibətlər hərbi müstəviyə keçib. İsrailin Livanda Hizbullaha qarşı hərbi əməliyyatlari İsrail-İran müharibəsinin fitilini çəkə bilər. Prezident M. Pezeşkian ilk gündən çətin siyasi karyerası ilə üzləşib. İranla İsrail arasında baş verəcək hər hansı bir qarşıdurmada Azərbaycan öz neytral mövqeyini davam etdirəcək".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31