RU

Rusiya Ukrayna ilə danışıqlara hazırdır – Kremlin sözçüsü Dmitri Peskov

Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Lakin hazırda Ukrayna rəsmilərindən konkret təkliflər yoxdur.

Editor.az bildirir ki, bu fikri Kremlin sözçüsü Dmitri Peskov səsləndirib. Bir gün əvvəl Ukrayna prezidentinin aparatının müşaviri Mixail Podolyak Rusiya ilə dinc danışıqlara ehtiyac olduğunu bəyan edərək, hərbi münaqişənin həllinin yalnız Ukraynanın ərazi bütövlüyü və subyektivliyi şərti ilə mümkün olduğunu qeyd edib.

“Bütün bunlar olduqca sxolastikdir, lakin biz bu işdə heç bir ətraflı izahat eşitməmişik. Bu mövzu vaxtaşırı səslənir, lakin heç bir konkretlik olmadan”, – Dmitri Peskov jurnalistlərə şərh verib. Eyni zamanda, prezidentin mətbuat katibi qeyd edib ki, Moskva danışıqlar prosesinə açıq qalmaqda davam edir.
Xatırladaq ki, Vladimir Zelenskinin ofisi Vladimir Putinin münaqişənin həlli üçün təklif etdiyi şərtləri rədd edərək, Rusiya ilə sülh müqaviləsinin bağlanmasını “şeytanla razılaşma” adlandırıb.

//Samir Qurbanov, Editor.az

Избранный
202
50
editor.az

10Источники