RU

ABŞ Gürcüstan hökuməti üçün dayandırılan maliyyə yardımını QHT və mediaya yönləndirəcək

ABŞ Dövlət Departamentinin Gürcüstan hökuməti üçün dayandırılan maliyyə yardımının yeni mənbəyi məlum olub.

APA-nın "The New York Times"a istinadən xəbərinə görə, bu barədə Dövlət Departamentindən açıqlama verilib.

Rəsmi bəyanata əsasən, bundan sonra Vaşinqton sözü gedən maddi dəstəyi Gürcüstan ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına və hökumətin təsirindən kənar informasiya siyasəti həyata keçirən kütləvi informasiya vasitələrinə göstərəcək.

Qeyd edək ki, ABŞ hökuməti ilə münasibətlərdə gərginlik Gürcüstan Parlamentinin Xarici təsir haqqında qanun layihəsini qəbul etməsindən sonra yaranıb.

ABŞ tərəfi rəsmi şəkildə açıqlama verərək, bu qanunun Rusiyanın təsiri ilə qəbul edildiyini bildirib.

O da qeyd edilib ki, həmin sənəd Gürcüstanın NATO-ya inteqrasiyasına və bu ölkənin hökumətinə maliyyə yardımlarının ayrılmasına ciddi şəkildə təsir göstərəcək.

Xatırladaq ki, Xarici təsir haqqında qanuna görə, Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri maliyyə mənbələri haqqında məlumatları by məqsədlə yaradılan reyestrə daxil etməlidirlər.

Избранный
160
47
olke.az

10Источники