RU

Türkiyə mətbuatı, 08 avqust 2024

 

“Hürriyet”: Türkiyə İsrailin soyqırımı işinə müdaxilə etdi

  Türkiyə Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırım işində iştirakına dair bəyanatını təqdim edib. Xarici işlər naziri Hakan Fidan “Beynəlxalq ictimaiyyət soyqırıma qarşı üzərinə düşəni etməli, İsrail və onun tərəfdarlarına lazımi təzyiq göstərməlidir” deyib.

“Yeni Şafak”: Kurtulmuşdan Haaqaya tarixi müraciətdən sonra açıq mesaj

  TBMM sədri Numan Kurtulmuş Türkiyənin qatil İsrailin Beynəlxalq Ədalət Məhkəməsində soyqırım iddiası ilə mühakimə olunduğu işə müdaxilə etmək üçün müraciətindən sonra çox açıq şəkildə bildirib: "Netanyahu və dəstəsinin törətdikləri cinayətlərə görə layiq olduqları ən ağır cəzanı alması üçün işimizi davam etdirəcəyik".

“Sabah”: 7 ayda Türkiyənin hava limanlarında 130 milyon sərnişinə xidmət göstərilib

  Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu 2024-cü ilin iyul ayında təyyarə, sərnişin və yük statistikasını açıqlayaraq 7 ayda hava limanlarında təxminən 130 milyon sərnişinə xidmət göstərildiyini və bu dövrdə 1 milyon 306 min 484 təyyarə uçduğunu söyləyib.

“Star”: Türkiyənin hava məkanı etibarlı əllərdədir

  Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsi hava sistemlərinin inteqrasiyasını nəzərdə tutan yerli və milli “Polad günbəz” layihəsini həyata keçirmək qərarına gəldi. Süni intellektlə dəstəklənən “Polad günbəz” yerli və milli müdafiə sənayesi şirkətlərinin birgə səyləri ilə həyata keçiriləcək.

“Haber Türk”: İyulda ixracat rekordu

  Türkiyənin Ticarət naziri Ömər Bolat 2024-cü il ixracatın yaxşı getdiyini söyləyərək bildirin: “İl sonu üçün 267 milyard dollarlıq ixrac hədəfi təyin etdik və iyul ayı etibarilə son 12 ayda ixracatın 261,5 milyard dollara çatdı. Bu, rekorddur”.



Избранный
138
11
trt.net.tr

10Источники