RU

"Bunu düşünsəm, iki günə dəli olaram" - Krunoslav Renduliç

style='margin-bottom:10px;'>

"Sabah" Azərbaycan Premyer Liqasının 2-ci turunda doğma meydanda "Zirə"yə 0:2 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi təbrik etmək istəyirəm. Onlar bu gün qalibiyyətə layiq idilər. Oyunçularıma da nəsə deyə bilmərəm. Onların bu gün yanaşması çox yaxşı idi. Ancaq əfsuslar olsun ki, bundan heç nə əldə edə bilmədik.

- Oyunla bağlı planınız nə idi və həmin planda nə düzgün işləmədi?

- "Zirə" çətin komandadır. Bunu uşaqlara demişdim. Keçənilki matça bənzədi. Oyuna nəzarət bizdə idi. Sadəcə penalti hər şeyi dəyişdi və biz uduzduq.

- Amin Seydiyevin performansı haqda nə düşünürsünüz?Avrokuboklardada səhvlər edir. Ona istirahət verməyi düşünürsünüz?

- Hansı səhvləri?

- Mövqe səhvləri...

- Futbol pleysteyşn deyil. Futbolçular oynayır və səhv edirlər. Səhvər olmasa, hər oyun 0:0 bitəcək. Demirəm ki, mükəmməl idi. Mən oyunçum səhv etsə də, birbaşa onu dəyişmək istəmirəm. Ona daha çox dəstək olmaq istəyirəm. Altı oyunçumuz səhv edir. Onları dərhal dəyişmək lazımdır? Amma razıyam ki, bəzən futbolçulara istirahət vermək lazım gəlir.

- "Makkabi" ilə görüşdən sonra demişdiz ki, bir faiz şansımız var idi və mərhələni keçdik. Amma həmin matçdan sonra "Sabah" bugünkü oyuna qədər qollar buraxır, uduzur. Komandada xaos olduğu görünür. Səbəb nədir? Son üç oyunda niyə uğursuzluq var? Bəlkə "Makkabi"ni keçdiyiniz üçün futbolçularda eyforiya yaranıb?

- İşlər pis gedəndə pis xəbərlər çıxarmaq istəyirlər. Ötən mövsümü biz üçüncü yerdə bitirərkən heç kim demirdi ki, mükəmməl oynadılar. Əsasən də jurnalistlər. Demək olar ki, keçənilki və indiki oyunçular eynidir. Uduzarkən demirdim ki, bərbad oynayırıq. Bəzən yaxşı vəziyyətdə olursan, bəzən pis. Ola bilər ki, bəzi problemlərimiz var. Amma bunu üzə çıxarmağı sevmirəm. "Sent-Patriks"ə qarşı 45 dəqiqə 10 nəfərlə oynadıq, 0:1 uduzduq. Lakin heç nə itirilməyib. Cavab oyununda ən böyük problem İvanın olmamasıdır. Bu gün futbolçularım savaşdılar, döyüşdülər. Onların yanaşmasına görə heç nə deyə bilmərəm.

- "Sabah"ın sabahını necə görürsünüz?

- Klub gəncdir. Hər il bu klub inkişaf edir. 7 il içərisində demirəm mükəmməl nəticələr əldə etmişik. Amma yaxşı nəticələr də var. Avropada "Sabah" çox da məhşur klub deyil. İki ildir avrokuboklara düşürük. Eyni şey Xorvatiyada da var. "Dinamo" ölkəmi təmsil edir, bilirəm nə danışıram. Uzun illər Avropada oynamadılar. 20 il lazım gəldi. Uzun prosesdir. "Neftçi" indi nə deyə bilər? Orada atmosfer necədir? Klubu bağlasınlar ki, Avropaya düşmürlər? Biz iki il içərisində gördüyümüz işlərlə fəxr etməliyik.

- Suallar veriləndə aqressiv olursunuz. Niyə belədir?

- Sosial mediada hesabım yoxdur. Nə baş verirsə, mətbaut konfranslarında öyrənirəm. Üzr istəyirəm.

- İrlandiyadakı məğlubiyyətdən sonra düşüncəniz sırf o qarşılaşmada idi, yoxsa "Zirə" görüşünə fokuslanmışdı? Bu məğlubiyyətdən sonra oyunçuları "Sent-Patriks"lə matça hazırlamaq çətin olmayacaq?

- Həmişə növbəti oyuna köklənirəm. Yaxşı bir şey deyil ki, növbəti oyunu buraxıb, digərini fikirləşəsən. Qalib gəlmək istəyirdik. Amma təəssüf ki, olmadı. İmkan verməyəcəm ki, əhvalımız düşsün. Oyundan sonra uşaqlara dedim ki, bu matçı unuduruq. Qarşımızda 34 oyun var. Avrokuboklarda da oynayırıq.

- Sizcə, "Sabah"dan reallıqdan uzaq çox şey gözləyirik?

- Bizim gələcəklə bağlı məqsədlərimiz ola bilər. Biz də qrupda oynamaq istəyirik. Amma 3-4 il bundan qabaq çempionatı 8-ci pillədə bitirmişik. Klub hər il inkişaf etməlidir. Biz də realist olmalıyıq, addım-addım inkişaf etməliyik. Bunu edəcəyik. Gələn il, 5 il sonra... Bu hədəflərə çatmaq istəyirik.

- "Sent-Patriks" və "Neftçi" ilə görüşlərdə alınacaq uğursuz nəticələr sizin klubdakı taleyinizə təsir edə bilər? Yoxsa, "Makkabi"ni keçməyiniz sizin üçün sığortadır?

- Bu şeylər haqda düşünmürəm. Nə baş verəcəksə, verəcək. 10 gündən sonra nə baş verəcək, düşünmürəm. Kim nə deyir, nə olacaq, bunu düşünsəm, iki günə dəli olaram. İndi "Sent-Patriks"lə görüşə köklənəcəyik. Addım-addım düşünürük. (Sportal.az)

Избранный
108
50
teleqraf.com

10Источники