RU

Rumıniya Maltadan kralın nəvəsini tələb etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Malta Rumıniya kralı II Karolun (1893-1953) nəvəsi Paul Rumınskini Buxarestə ekstradisiyasından imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə Agerpres agentliyi məlumat yayıb.
Rumıniyanın ədliyyə naziri Alina Qorqiu Malta Apellyasiya Məhkəməsinin qərarını qərəzli adlandırıb.
Məlumata görə, bu qərarın səbəbi kimi Rumıniya həbsxanalarında qeyri-qənaətbəxş həyat şəraiti göstərilib.
2020-ci ildə Ali Kassasiya Məhkəməsi hazırda 76 yaşlı Rumınskini ona məxsus olduğu iddia edilən torpaq sahəsinin qanunsuz olaraq geri qaytarılmasına görə 3 il 4 ay həbs cəzasına məhkum edib. O, Fransaya qaçıb və 2022-ci ildə orada saxlanılıb. Fransa apellyasiya məhkəməsi Rumıniyanın əsas hüquqlarının Rumıniyada pozula biləcəyini əsas gətirərək onu ekstradisiya etməkdən imtina edib. 2024-cü ilin aprelində Rumınski Maltaya gedib və Rumıniya polisinin tələbi ilə burada da saxlanılıb.
Qeyd edək ki, Paul Rumıniya kralı II Karolun saray xanımlarından biri ilə qeyri-qanuni elan edilən nikahından olan nəvəsidir. O, kral ailəsindən qovulmuş və bununla bağlı imtiyazlardan məhrum edilmişdir.
Избранный
172
50
oxu.az

10Источники