İki çəki dərəcəsində Mütləq Döyüş Çempionatının (UFC) çempionu olmuş irlandiyalı Konor Makqreqor 2024-cü ildə döyüşməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə UFC-nin prezidenti Dana Uayt məlumat verib.
“Görüşməmişik, amma danışmışıq. Makqreqor döyüşmək istəyir, amma bu il yox”, – deyə Uayt mətbuat konfransında bildirib.
Qeyd olunub ki, Makqreqor sosial şəbəkədə UFC prezidentinə müraciət edərək, döyüşün dekabrda təşkil olunmasını istəyib.