AZ

Yeddi ayda nə qədər şəxsə təqaüd və sosial müavinət təyin olunub? - Rəsmi

2024-cü ilin yeddi ayında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 88 200 şəxsə sosial müavinət və təqaüd təyin olunub. Bu barədə qurumdan bildirilib. 
 
Bildirilib ki, bunun 53,46% kişilər, 46,54%-ni qadınlar təşkil edib.  
 
Dövlət Sosial Müdafiəsi tərəfindən iyunda  845 mindən çox şəxsə sosial müavinət və təqaüd verilib.
 
Onların 448 min nəfərdən çoxunu aylıq sosial müavinət, 397 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.  
 
2024-cü ilin altı ayında Azərbaycanda xüsusi şərtlərlə pensiya alanların sayı 144,714 nəfər təşkil edir. 
 
Hazırda ölkə üzrə kişilərin pensiya yaşı 65, qadınların isə pensiya yaşı 64 hesablanır. 
 
 Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda 1 milyon 97 min 300 pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
 
Onların 64,2 %-i  yaşa, 23,5  %-i  əlilliyə, 12,3  %-i  isə ailə başçısını itirməyə görə pensiya alır.
 
Təyin olunmuş pensiyaların orta aylıq məbləği 490,7 manatdır.

 
2024-cü il yanvarın 1-nə Azərbaycanda minimum məbləğdə pensiya alanların sayı 34 min 276 nəfərdir. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
2
anews.az

10Mənbələr