AZ

Ölkədə ailə başçısını itirən neçə nəfərə pensiya verilib? - DSMF

2024-cü ilin yeddi ayında ölkədə ailə başçısını itirən 189,8 min nəfərdən çox şəxsə pensiya təyin edilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. 
 
Bildirilib ki, onlardan 135,3 min nəfərdən çox şəxs pensiya, 54,4 min nəfərdən çox şəxs isə müavinət alıb.
 
2024-cü ilin altı ayında Azərbaycanda xüsusi şərtlərlə pensiya alanların sayı 144,714 nəfər təşkil edir. 

Hazırda ölkə üzrə kişilərin pensiya yaşı 65, qadınların isə pensiya yaşı 64 hesablanır. 
 
Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda 1 milyon 97 min 300 pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
 
Onların 64,2 %-i  yaşa, 23,5  %-i  əlilliyə, 12,3  %-i  isə ailə başçısını itirməyə görə pensiya alır.
 
Təyin olunmuş pensiyaların orta aylıq məbləği 490,7 manatdır.

2024-cü il yanvarın 1-nə Azərbaycanda minimum məbləğdə pensiya alanların sayı 34 min 276 nəfərdir. 
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
3
anews.az

10Mənbələr