2024-cü ilin ikinci rübündə ölkə ərazisində 5042 nəfər əcnəbiyə iş icazəsi verilib. Bu barədə Dövlət Statistika Komitəsinin açıqlanan hesabatında qeyd olunub.
Bildirilib ki, icazəsi alınanların böyük əksəriyyəti 46,1%-i tikinti sahəsində çalışır.
8,7%-i emal sahəsində, 8%-i mədənçıxarma sənayesində, 7,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,5%-i ticarət və nəqliyyatın təmiri, 4,2%-i inzibati və yardımçı xidmətlərdə çalışır. Digər 21,1%-i isə digər sahələrdə çalışır.
Dövlət Miqrasiya Xidmətinin iyulda açıqladığı rəqəmlərə görə, İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə 3 min 993 nəfərə ölkə ərazisinə girişin məhdudlaşdırılması qərarı verilib.
Gülnar
www.anews.az