AZ

Psixoloq: "Bəzi boşanan şəxslər qohumlarla da əlaqəni kəsirlər"

"Azərbaycan ailələrində evlənən zaman qohumlar arasında yaranan mehribançılıq və hətta insani ünsiyyət boşandıqdan sonra qorunub saxlanılmır".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bütün ailələrdə olmasa da, bir çox cütlük ayrılarkən həyat yoldaşının qohumlarla ilə da əlaqələri kəsirlər:

"Boşanma olarkən bir çox ailələrdə arada soyuqluq yaranır. Bu isə söz-söhbətə və hətta düşmənçiliyə gətirib çıxarır. Sonda isə iki ailə arasındakı bağlar tamamilə qopmağa başlayır. Təəssüf ki, Azərbaycan ailələri evlilik ərəfəsində yaranan ünsiyyəti boşanma olan zaman qorumaq istəmirlər".

356603

Psixoloq bunun səbəbləri barədə də danışıb:

"Sözsüz ki, boşanmalar olan zaman iki tərəfdən biri narazı olur. Həmçinin, boşanma səbəbi böyük bir söz-söhbətə gətirib çıxarır. Üstəlik, cütlüyün ailələri də yaranmış söz-söhbətə qoşulmağa başlayırlar. Nəticədə ailələr arasındakı əlaqələr tamamilə kəsilir". 

Həmsöhbətimiz vurğulayıb ki, iki tərəfdən biri övladına görə altdan almağı və ya təmkinli şəkildə qarşı tərəfi yola verməyi bacarmalıdır: 

"Burada boşandığımız şəxslə dost olmaqdan söhbət getmir. Çünki hər boşanma fərqli şəkildə olur. Amma ən azından insani ünsiyyət qorunub saxlanıla bilər. Sözsüz ki, bu qarşılıqlı olmalıdır. Problemli boşanmalarda əlaqə tamamilə kəsilir, ancaq razılaşaraq boşanan cütlüklər isə ünsiyyəti qoruya bilirlər. Adətən bəylər boşanmağa razı olmadığı üçün problemlər yaranır. Yaxşı olar ki, ata və ana övladları üçün boşansalar belə, sağlam ünsiyyəti qorumağı bacarsınlar".

Nabat Mirzəyeva təəssüflə diqqətə çatdırıb ki, Azərbaycan ailələri boşanmanı qəbul etmirlər:

"Bu qəbul olunmadığı üçün isə getdikcə böyük söz-söhbətə gətirib çıxarır və övlad da ikinci planda qalır. Amma valideynlər ayrılsalar belə övladlarının yanında durmağı bacarmalıdırlar və kənar müdaxilələr olmamalıdır".

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
11
hit.az

10Mənbələr