Cahangir Həsənzadənin AFFA-nın texniki direktor postundan göndərilməsi planlaşdırılır.
Saytımız bu barədə federasiyadan məlumat əldə edib.
Redaksiyamıza bildirilib ki, məsələ Rövşən Nəcəflə razılaşdırılıb. Qurumun prezidentindən «ok» alınandan sonra UEFA-ya müvafiq məktub göndərilib.
Bu da başadüşüləndir. Həsənzadənin işi əsasən Avropa futbol qurumu ilə bağlıdır.
AFFA rəhbərliyi onu direktor vəzifəsindən uzaqlaşdırmaq niyyətində olması barədə UEFA-nı məlumatlandırıb. Qeyd olunub ki, adıçəkilən funksionerin fəaliyyəti qənaətbəxş sayılmır.
SPORTİNFO.AZ