«Zirə» ilk baş məşqçisi Bəhram Şahquliyevi geri qaytarıb.
Klub rəhbərliyi yenidən ona iş verib.
Qusarlı mütəxəssis bu dəfə akademiyada çalışacaq və aşağı yaş qrupları üzrə komandalardan birinə başçılıq edəcək.
Qəsəbə təmsilçisi 2014-cü ilin yayında fəaliyyətə başlayıb.
Həmin vaxt I Liqada mübarizə aparmağa başlayan «qartallar»ın sükanı arxasında Şahquliyev dayanıb. 2015-ci ilin martınadək görəvində qalıb.
SPORTİNFO.AZ