AZ

Qurban Qurbanov tapşırıq verdi – Onu hazır edin!

“Qarabağ”ın həkimləri Marko Yankoviçi sağaltmaq üçün səfərbər olub.

Baş məşqçi Qurban Qurbanov monteneqrolu dayaq yarımmüdafiəçisini Zaqreb “Dinamo”su ilə sabahkı matçda sərəncamında görmək istəyir.

Sportinfo.az xəbər verir ki, Marko müdafiəçi adaşı Veşoviçlə birlikdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Ludoqorets”lə səfər oyununda zədələnmişdi.

Bu səbəbdən o, pley-offun Xorvatiyadakı ilk görüşündə meydana çıxmamışdı. Çox güman, Yankoviç startda meydanda olmayacaq, lakin ən azı ikinci hissədə komandaya kömək etməsinə ümid var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
sportinfo.az

10Mənbələr