“Qarabağ”ın həkimləri Marko Yankoviçi sağaltmaq üçün səfərbər olub.
Baş məşqçi Qurban Qurbanov monteneqrolu dayaq yarımmüdafiəçisini Zaqreb “Dinamo”su ilə sabahkı matçda sərəncamında görmək istəyir.
Sportinfo.az xəbər verir ki, Marko müdafiəçi adaşı Veşoviçlə birlikdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Ludoqorets”lə səfər oyununda zədələnmişdi.
Bu səbəbdən o, pley-offun Xorvatiyadakı ilk görüşündə meydana çıxmamışdı. Çox güman, Yankoviç startda meydanda olmayacaq, lakin ən azı ikinci hissədə komandaya kömək etməsinə ümid var.
- Matç
- Oyun
- Qarabağ
- Təsnifat Mərhələsi
- Səfər
- Sərəncam
- Həkimlər
- Mərhələ
- Müdafiəçi
- Yarımmüdafiəçi
- Çempionlar Liqası
- Baş Məşqçi
- Səfərbər
- Zədələnmiş
- Monteneqro
- Marko Yankoviç
- Qurban Qurbanov
- Spor
- Dinamo
- Dayaq
- Təsnifat
- Zaqreb
- Sportinfo.az
- Monteneqrolu
- Zaqreb Dinamo
- Ludoqorets
- Zədələnmək
- Marko
- Veşoviç
- Marko Yankoviçi
- Sağaltmaq
- Veşoviçlə