AZ

Pakistanda bir gündə 34 nəfər avtobus qəzası nəticəsində həyatını itirib

Pakistanda bir gündə 34 nəfər avtobus qəzası nəticəsində həyatını itirib

Pakistanda bu gün baş verən iki avtobus qəzası nəticəsində ümumilikdə 34 nəfər həyatını itirib.

Oxu.Az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Məlumata görə, birinci hadisə Pakistanın şimal-şərqində, Pəncab əyaləti ilə sərhəddə yerləşən Azad Pattan şəhəri yaxınlığında baş verib. Bu qəza nəticəsində 22 nəfər həyatını itirib.

Qeyd olunur ki, ikinci qəza Bəlucistanın Makran şosesində baş verib. Burada isə 12 sərnişin yol-nəqliyyat hadisəsinin qurbanı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
sonxeber.az

10Mənbələr