AZ

600-dən çox bal toplayan iki nəfər universitetə qəbul olmayıb

600-dən çox bal toplayan iki nəfər universitetə qəbul olmayıb

"İki nəfər 600-dən çox bal toplayan şəxs ali təhsil müəssisələrinə qəbul olmayıb".

"Qafqazinfo" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin şəxslərdən biri I ixtisas qrupu üzrə yalnız ödənişsiz əsasla bir yer - Bakı Ali Neft Məktəbini seçib və qəbul olmayıb: "Yanaşı başqa seçim etsəydi, qəbul ola bilərdi. Digər şəxs isə III ixtisas qrupu üzrə olub. O da sırf Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını ödənişsiz seçdiyi üçün qəbul ola bilməmişdi".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
sonxeber.az

10Mənbələr