AZ

Sumqayıtda mənzildə partlayış: Ölən var — YENİLƏNDİ


Sumqayıt şəhərində mənzildə partlayış nəticəsində 66 yaşlı şəxs ölüb, araşdırma aparılır.

Demokrat.az 
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

***11:16

Sumayıt şəhərində mənzildə partlayış olub.


"Report"un yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində bir nəfər ölüb.

Hadisənin baş verdiyi əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
14
demokrat.az

10Mənbələr