Bayramov:"Sülh sazisi üçün əsas əngəl Ermənistanın
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada birgə mətbuat konfransında deyib.
"Azərbaycan tərəfi Ermənistana sülh sazişinin layihəsini, 5 baza prinsiplərini təqdim edib. Baxmayaraq ki, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur, saziş layihəsinin əhəmiyyətli hissəsi razılaşdırılıb, amma hələ də Ermənistan öz konstitusiyasında və bir sıra digər normativ hüquqi aktında Azərbaycana qarşı ərazi iddiaları mövcudluğunu saxlayır. Eyni zamanda, bu da sirr deyil ki, Ermənistanın Türkiyəyə qarşı da ərazi iddiaları mövcuddur. Hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır", - nazir vurğulayıb.
AzVision.az