Cənubi Qafqazda gərginlik artır. Qərbin təzyiqləri ilə Ermənistanda isə müharibə təhlükəsi günbəgün artır. ABŞ və Avropa İttifaqı açıq şəkildə bölgədə yeni müharibə ocağı yaratmağa çalışır. Təbii ki, bu məsələdə Vaşinqton daha çox Ermənistana “stavka” edir Dini və saxta erməni təəssübkeşliyini irəli sürən Amerika Ermənistanı qızışdırmaqla kifayətlənməyib həm də bu ölkəyə hərbi və digər yardımlar edir. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib ki, Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir:“Son zamanlar Ermənistan silahlanır və onu buna sürükləyən üçüncü ölkələr var. Müşahidə olunan bu tendensiya narahatlıq doğurur. Bu yanlış siyasət bölgə üçün əlavə təhdid mənbəyi hesab oluna bilər”.Son 4 ildə ABŞ Ermənistanda 13 hərbi-bioloji laboratoriya yaradıb. Ermənistana ən çox hərbi yardım göstərən ölkə ABŞ-dır. Məhz Pentaqonun dəstəyi ilə Ermənistanda hərbi laboratoriyalar yaradılıb. Bu laboratoriyada dəhşətli bioloji sınaqlar həyata keçirilir. Bundan başqa Vaşinqton Ermənistana davamlı olaraq maliyyə və hərbi yardımlar edir. Eyni zamanda, iki ölkənin birgə hərbi təlimləri keçirilir. Sonuncu dəfə belə hərbi təlim iyulun 15-də başlayıb. “Eagle Partner 2024”adlanan hərbi təlimlər 10 gün davam edən təlimlər iyulun 24-də başa çatıb.Təlimdə Ermənistan Silahlı Qüvvələrinin bölmələri və ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edib. Hərbi təlimlərin sülhməramlı məqsəd daşıdığı deyilsə də, hədəf başqadır. Hədəf müxtəlif yollarla ABŞ hərbçilərini Ermənistana yerləşdirmək və gələcəkdə onlardan qonşu dövlətlərə qarşı hərbi müdaxilədə yararlanmaqdır. Nəzərə alaq ki, bu ilk birgə hərbi təlim deyil. Bundan əvvəlki təlimdə Amerikanın 100-ə yaxın hərbiçisi iştirak etmişdi. Lakin təlim başa çatandan sonra Amerikalı hərbçiləri Ermənistanda qalıb fəaliyyətlərini davam etdirdilər. Ermənistan yeni müharibəyə hazırlanırErmənistan üçünsə hədəf çoxdur. Bu müharibə Azərbaycanla, Türkiyə, Rusiya və hətta Gürcüstanla da ola bilər. Çünki, ermənilərin bütün qonşu dövlətlərə bu və digər şəkildə müxtəlif iddiaları var. Təsadüfi deyil ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında bu məsələnin üzərində xüsusilə dayanıb:“Baxmayaraq ki, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur, saziş layihəsinin əhəmiyyətli hissəsi razılaşdırılıb, amma hələ də Ermənistan konstitusiyasında və bir sıra digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiaları mövcudluğunu saxlayır”.Nazir qeyd edib ki, Ermənistanın Türkiyə Cümhuriyyətinə qarşı da ərazi iddiaları mövcuddur:“Hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır”.İddialar ortadan qaldırılmırTəbii ki, sülhdən danışan Ermənistanın eyni zamanda öz iddialarından geri çəkilməməsinin səbəbi ABŞ, Fransa və digər dövlətlərdir. Bu dövlətlərin hədəfi budur ki, Ermənistanın vasitəsi ilə Cənubi Qafqaza soxulsunlar. Buradan əzəli rəqibləri Rusiyaya daha yaxın olsunlar. Tədricən Rusiyanın bölgədən, daha dəqiq desək Ermənistandan çıxarılmasına nail olsunlar. Bundan sonra isə hədəf Azərbaycan və İrandır. Məlumdur ki, 44 günlük müharibənin nəticələri, ondan sonra keçirilən antiterror əməliyyatları və son nəticədə Azərbaycanın süveren hüquqlarınının, ərazi bütövlüyünün bərpa olunmasında ABŞ-ın payı olmadı.Üstəlik, Ermənistanla Azərbaycan arasındakı ilkin sülh anlaşmasında da Vaşinqton heç bir statusla iştirak etmədi. Üstəlik, son 4 ildə Azərbaycanın regional gücə çevrilməsi Ağ Evdəkilərin planlarına daxil deyil. Onlar qətiyyətli yox, daha üzüyola bir Azərbaycan görmək istəyirlər. Amma reallıqlar bunun əksini göstərir. Ona görə də Vaşinqton Azərbaycanın qətiyyətini sındırmaq üçün daha həssas yerdən - Ermənistandan hücum planı hazırlayır. Bu planın çox çirkin məqamları artıq sezilir. Məsələn ABŞ çalışır ki, sülh sazişi layihəsinə ermənilərin Qarabağa qayıdışı məsələsi də əsas bəndlərdən biri kimi salınsın. Bu isə Azərbaycana qarşı ərazi iddiasının yeni formasıdır. Bundan əlavə, Vaşinqton Ermənistanla Azərbaycan arasında ədalətli və dayanıqlı sülh yox, kövrək və hər an pozulmağa hazır olan sülh sazişi istəyir. Çünki pozulan sülh sazişi müharibəni zəruri edir. Ona görə də ədalətli sülhün bərqərar olması üçün ABŞ Ermənistana təzyiq etmir.Əksinə, bütün vasitələrlə sülh sazişini ertələməyə çalışan Vaşinqton münaqişənin yenidən alovlanması zərurətini yaratmağa çalışır. Elə son günlər atəşkəsin tez-tez pozulması bunun sübutudur. Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta