AZ

Ukrayna SQ Rusiyada neft bazasını və yanacaq anbarını vurub - YENİLƏNİB

Rusiyanın Rostov vilayətinin Kamenski rayonunda yanacaq anbarı yanıb.

APA yerli mətbuata istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru bildirib.

Anbarın PUA hücumu nəticəsində yandığı vurğulanıb. Ölən və yaralananlar yoxdur.

***

08:58

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətində neft bazasına hücum edib.

APA Rusiya KİV-ə istinadən xəbər verir ki, Kamenski rayonunun Molodejnı kəndi yaxınlığında yerləşən neft bazasına hücum gecə saat 3 radələrində baş verib.

Hücum zamanı iki pilotsuz təyyarə neft bazasının ərazisinə düşüb. Yanğın başlayıb.

Ölən və yaralananların olmadığı bildirilir. Hazırda iki yanğınsöndürən briqadası hadisə yerindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
15
apa.az

10Mənbələr