AZ

Rusiyanın Rostov vilayətində neft anbarının yandığı bildirilir

Rusiyanın Rostov vilayətində Kamenski rayonundakı Molodyojnı kəndi yaxınlığında neft anbarında yanğın başladığı bildirilir. Bu barədə Rusiyanın Telegram kanalları avqustun 28-də səhər məlumat yayıblar. Yanğından öncə güclü partlayış səsi gəldiyi xəbər verilir. Vilayətin qubernatoru Vasili Qolubov Telegram-da yazıb ki, Rostovda dörd dron vurulub, amma o, yanğından danışmayıb. O, ilkin məlumatlara görə, itki olmadığını yazıb. Rusiya kəşfiyyatına yaxın “Baza” Telegram kanalının bildirdiyinə görə, iki dronun qalıqları Kamenski rayonunda üç çəndə yanğına səbəb olub. Voronej vilayətinin qubernatoru Aleksandr Qusev isə partlayıcı obyektlər, çox güman, sursat deposu yaxınlığında yanğın barədə yazıb. İki yaşayış məntəqəsinin evakuasiya edildiyi xəbər verilir. “Astra” Telegram kanalının yerli sakinlərə istinadla yazdığına görə, Rostov vilayətinin Kamenski rayonunda “Atlas” kombinatı yanır. Bu kombinatda Rusiya ordusu üçün neft məhsulları hazırlandığı bildirilir. Ukrayna Silahlı Qüvvələri Rusiyada neft bazalarına hücumları intensivləşdirib. Avqustun 18-də Ukrayna hərbçiləri Proletarskda neft bazasını vurublar. Dron zərbəsindən başlanan yanğın hələ də söndürülməyib. Şəhərdə fövqəladə rejim elan edilib. Avqustun 23-də yanan neft bazasına yenidən dron hücumu gerçəkləşdirilib. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
15
xural.com

10Mənbələr