AZ

AZTV-nin şəhid operatorunun doğum günüdür

29 avqust Azərbaycan Televiziyasının operatoru, şəhid Sirac Abışovun doğum günüdür.

Missiya.Az xəbər verir ki, o, 1989-cu ilin bu günü Qubadlı rayonunun Dondarlı kəndində anadan olub.

Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşüb, Sumqayıt şəhərində yaşamağa başlayıb.

O, 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhadətə ucalıb və iyunun 5-də Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

“Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb. Şəhidimiz Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına uyğun olaraq 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Xatirəsinin əbədiləşdirilməsi Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub. Sirac Abışovun və Məhərrəm İbrahimovun adları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisində Azərbaycan mətbuatının şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk edilib. 25 avqust 2022-ci ildə AzTV sədri Rövşən Məmmədovun təşəbbüsü ilə xatirəsini əbədiləşdirmək üçün Sirac Abışov adına mükafat da təsis olunub.

Allah rəhmət eləsin!

Zərintac MayisqızıMissiya.Az

Seçilən
111
31
missiya.az

10Mənbələr