AZ

AzTV-də kadr dəyişikliyi gözlənilir - Rövşən Məmmədov ona yeni vəzifə verir?

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) sədrinin köməkçisi Həmidağa Əsədzadə adıçəkilən televiziya kanalının sədr müavini vəzifəsinə təyin olunacaq. 

KONKRET.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AzTV sədri Rövşən Məmmədov tərəfindən təqdimat verilib.

Qeyd edək ki, Həmidağa Əsədzadə köməkçi olmasına baxmayaraq, AzTV-də səlahiyyətli şəxslərdən biri sayılır. vakansiyalar

Televiziyada belə söhbətlər gəzir ki, rəsmi olaraq əksər yaradıcı redaksiyalar ona tabedir.

Həmçinin bu yaxınlarda tabeliyində olacağı musiqi verilişləri redaksiyasının da ləğv ediləcəyi gözlənilir. Ümumiyyətlə, son illərdə AzTV-də bir sıra proqram və layihələr bağlanıb.

Mövzu ilə bağlı AzTV-nin mətbuat xidmətinin rəhbəri Rüfət Seyidov KONKRET.az-a bildirib ki, onda bu barədə hər hansı bir informasiya yoxdur.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
31
yenisabah.az

10Mənbələr