AZ

AzTV-də kadr dəyişikliyi gözlənilir - Rövşən Məmmədov ona yeni vəzifə verir?

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) sədrinin köməkçisi Həmidağa Əsədzadə adıçəkilən televiziya kanalının sədr müavini vəzifəsinə təyin olunacaq.KONKRET.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AzTV sədri Rövşən Məmmədov tərəfindən təqdimat verilib.Qeyd edək ki, Həmidağa Əsədzadə köməkçi olmasına baxmayaraq, AzTV-də səlahiyyətli şəxslərdən biri sayılır.Televiziyada belə söhbətlər gəzir ki, rəsmi olaraq əksər yaradıcı redaksiyalar ona tabedir.Həmçinin bu yaxınlarda tabeliyində olacağı musiqi verilişləri redaksiyasının da ləğv ediləcəyi gözlənilir. Ümumiyyətlə, son ilərdə AzTV-də bir sıra proqram və layihələr bağlanıb.Mövzu ilə bağlı AzTV-nin mətbuat xidmətinin rəhbəri Rüfət Seyidov KONKRET.az-a bildirib ki, onda bu barədə hər hansı bir informasiya yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
31
dia-az.info

10Mənbələr