AZ

Avstraliyada COP29 müzakirəsi

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Avstraliyanın iqlim dəyişikliyi və energetika naziri Kris Bouen ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

Bu barədə COP29-un “X” sosial şə­bəkəsindəki paylaşımda bildirilib: “Avstra­liyada COP29 ərəfəsində və ondan sonrakı dövrdə iqlim dəyişikliyi ilə qlobal müba­rizə səylərinin müzakirəsinə həsr olunmuş çox məhsuldar görüş keçirilib. Bərpaolu­nan enerji mənbələri, emissiyaların azal­dılması və ekoloji təmiz sahələrə inves­tisiyalarla bağlı mühüm fikir mübadiləsi aparılıb. Həmçinin noyabrda COP29-da iqlim maliyyələşdirilməsinin əhəmiyyəti də müzakirə olunub”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
7
xalqqazeti.az

10Mənbələr