"COP29 Prezidenti ABŞ və Çinin iqlim böhranı ilə mübarizədə birgə həll yolları tapmaq istiqamətindəki səylərini yüksək qiymətləndirir".
"Operativ Media" xəbər verir ki, bu barədə COP29-un "X" hesabında paylaşım edilib.
“COP29 Prezidenti ABŞ və Çinin iqlim böhranına qarşı ortaq həll yolları tapmaq istiqamətindəki səylərini alqışlayır. Onların yaratdığı müsbət dinamika bizi ruhlandırır və COP29-da uğurlu nəticələr əldə etmək üçün Prezidentliyimizi dəstəklədiklərinə görə onlara minnətdarıq", - məlumatda qeyd olunub.