AZ

Nazir: COP29 dövründə iqlim dəyişikliyi ilə mübarizədə qanunvericiliyin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir

COP29-un əsas mövzusu və prioriteti iqlim maliyyəsidir. Konvensiyanın terminologiyası ilə desək, Bakı COP-unda iqlim dəyişikliyi ilə mübarizə sahəsində “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin razılaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, COP çərçivəsində iqlim dəyişmələri üzrə vacib sahələr - mitiqasiya və adaptasiya istiqamətləri əhatə olunacaq. Eyni zamanda, danışıqlardan kənar önəmli istiqamətlər olan dövlətlər tərəfindən “İkiillik Şəffaflıq Hesabatları”, “Milli Müəyyən edilmiş Töhfələr”, “Milli Adaptasiya Planları”nın hazırlanması və təqdim edilməsi məsələləri də diqqət mərkəzindədir”.


AZƏRTAC xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə “Hüquq və iqlim” (Law and climate) mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Nazir bildirib ki, Azərbaycanın COP29 Sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. M.Babayev qeyd edib ki, məqsəd yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. Azərbaycan bu təşəbbüslərlə qlobal səviyyədə yaşıl iqtisadiyyata keçidini dəstəkləməkdə öz liderliyini davam etdirəcək. Bu tədbirlər ölkəmizin beynəlxalq səviyyədə etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirəcək.

“Azərbaycanın COP29-a Sədrliyi dövründə iqlim dəyişikliyi ilə mübarizədə qanunvericiliyin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin Forum, qlobal iqlim böhranına qarşı mübarizədə hüquqi alətlərin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük töhfə verəcək.

Qeyd olunmalıdır ki, iqlim dəyişmələri fundamental insan hüquqlarının təminatına da ciddi təhlükədir. Bu baxımdan, COP29 tədbiri dövlətlər və beynəlxalq təsisatlarla yanaşı iqlim dəyişmələri danışıqlarında maraqlı olan digər tərəflər – ekoaktivistlər, uşaq və gənclər, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün də platforma olacaq. Heç kimin kənarda qalmaması və bütün maraqlı tərəflərin COP prosesində iştirak hüququnun təmin edilməsi prioritet məsələlərdəndir. Məsələnin əhəmiyyəti nəzərə alınaraq ictimai iştirakçılıq barədə müddəa COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi ilə imzalanmış “Ev Sahibi Ölkə Sazişi”ndə də öz əksini tapıb”, - deyə nazir qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
50
ekologiya.az

10Mənbələr