AZ

Azərbaycanda seçki prosesləri bütün qəbul edilmiş beynəlxalq normalara uyğundur - Dmitri Kobitski

Müstəqil Dövlətlər Birliyinin ümumi missiyasına daxil olan beynəlxalq müşahidəçilər qrupumuz artıq kifayət qədər uzun müddətdən bəri Azərbaycanda seçki prosesinin dərk edilməsi üzrə işə başlayıb. Əvvəlcə biz hüquqi rəy hazırladıq və o, Azərbaycanda seçki proseslərini tənzimləyən bütün normativ sənədlərin qəbul edilmiş bütün ən yüksək beynəlxalq normalarına uyğun olduğunu təsdiqləyir.

Day.Az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının (MDB PA) Şurasının Baş katibi Dmitri Kobitski, Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdən sonra bildirib.

"Biz indi artıq qısamüddətli monitorinqə gəlmişik, ümumilikdə monitorinq qrupunda 40 nəfər işləyir. Həm Bakıda, həm də Azərbaycanın bölgələrində bütün seçki məntəqələrində olacağıq. Sabah səhərdən - seçki məntəqələri açılan andan biz bu işə başlayacağıq. Axşam nəticələrə yekun vuracağıq, təəssüratlarımızı bölüşmək və rəyimizi hazırlamaq üçün monitorinq qrupumuzu toplayacağıq. İlkin nəticələri artıq bazar ertəsi mətbuat konfransında açıqlaya biləcəyik. Lakin biz onları yalnız Konstitusiya Məhkəməsi rəsmi şəkildə seçkiləri etibarlı hesab etdikdən və nəticələri təsdiq etdikdən sonra rəsmi olaraq dərc edə biləcəyik", - deyə Baş katib məlumatlandırıb.

Dmitri Kobitski göstərdikləri dəstəyə görə həm Mərkəzi Seçki Komissiyasına, həm də Azərbaycan Respublikasının Milli Məclisinə təşəkkür edərək deyib: "Biz çox şadıq ki, fevral ayından Azərbaycanda seçkilərin necə keçirilməsi ilə bağlı fikrimiz dəyişməyib. Hər şey necə keyfiyyətli və layiqincə təşkil olunmuşdusa, indi də belədir. Mərkəzi Seçki Komissiyası seçkilərin çox yüksək təşkilati səviyyədə keçməsi üçün əlindən gələni edir. Bunu, o cümlədən seçkilərdə namizədliyini irəli sürən partiya təşkilatları, onların rəhbərləri və qərargahları ilə keçirilən bütün görüşlərimiz də təsdiqləyir, burada Mərkəzi Seçki Komissiyasının ünvanına heç bir irad səsləndirilməyib. Bundan əlavə, bütün kütləvi informasiya vasitələrinin peşəkar işlədiyi və bütün sosial şəbəkələr vasitəsilə qara piarın olmadığı qeyd edilib, hansı ki, indi bir çox ölkələrə xasdır. Azərbaycanda bunun qarşısının alınmasına gözəl nail olunur", - deyə MDB PA-nın nümayəndəsi vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
50
day.az

10Mənbələr