AZ

Moldovalı deputat: Seçkilər azad və konstruktiv şəraitdə keçir

"Seçkilər azad və konstruktiv şəraitdə keçir, indiyədək hər hansı qanun pozuntusu qeydə alınmayıb".

Bunu APA-nın müxbiri ilə söhbətində Moldova Parlamentinin deputatı, Moldova-Azərbaycan Dostluq Qrupunun rəhbəri Vitali Jakot bildirib.

Onun sözlərinə görə, seçkilər həm infrastruktur, həm sosial ünsiyyət, həm də təşkilatçılıq baxımından yaxşı hazırlanıb:

"Bu, Azərbaycanda müşahidə etdiyim ilk seçkilər deyil. Birinci dəfə mən növbədənkənar prezident seçkilərini müşahidə etmək şərəfinə nail olmuşdum. O zaman mən Qarabağda olmuş, Xankəndi, Şuşa və Ağdamda seçkinin gedişatını müşahidə etmişdim. Bu dəfə isə Bakı və ətraf regionlarda seçki prosesini müşahidə etdim. Seçkilər azad və konstruktiv şəraitdə keçir, indiyədək hər hansı qanun pozuntusu qeydə alınmayıb. Mən həm Dairə Seçki komissiyalarının sədrləri və üzvləri ilə, həm də ayrı-ayrı siyasi partiyaların müşahidəçiləri ilə söhbət etmişəm. Eyni zamanda bilavasitə seçicilərlə də danışmaq imkanım olub. Söhbət etdiyim seçicilərin hamısı qeyd etdilər ki, seçki məntəqələrinin ünvanlarını əvvəlcədən müəyyənləşdirib, rahatlıqla tapa biliblər. Yerlərdə dairə seçki komissiyalarının üzvləri ilə konstruktiv şəraitdə danışmışıq. Seçkilər həm infrastruktur, həm sosial ünsiyyət, həm də təşkilatçılıq baxımından yaxşı hazırlanıb".

Seçilən
156
50
apa.az

10Mənbələr