AZ

İtaliyalı müşahidəçi: Seçki prosesi şəffaf və demokratik şəkildə təşkil olunub

Hər şeydən əvvəl mən Azərbaycan xalqını təbrik etmək istəyirəm. Mən prezident seçkilərində də müşahidəçi kimi iştirak etmişəm və o zaman da, indi də insanların fəal iştirakını müşahidə etdim.


Bu barədə jurnalistlərə açıqlamasında İtaliyalı müşahidəçi Grupploni Nalke bildirib:


“Seçki prosesi şəffaf və demokratik şəkildə təşkil olunub. Mən bundan əvvəlki seçki məntəqələrində də seçicilərin fəallığını müşahidə etmişəm və bu çox təqdirəlayiqdir. Bu o deməkdir ki, Azərbaycan xalqı öz siyasi seçimlərinə böyük hörmətlə yanaşır və bunda aktiv iştirak edir. Bu da seçkilərin şəffaflığını göstərir. Bu həm də o deməkdir ki, Azərbaycan dövləti öz vətəndaşları və xüsusi ilə də gəncləri üçün öz gələcəklərini seçmək gələcəklərini uğurlu şəkildə qurmaq üçün seçimlər etməyə geniş imkanları yaradır”.

 

“Bu səhər seçki məntəqələrinin birində mən şəffaflığa nəzarət üçün barmaqlara tətbiq olunan mürəkkəbdən xahiş etdim ki, mənim də barmağıma tətbiq etsinlər. Daha sonra mən prosesin şəffaflığını yoxlamaq üçün digər seçki məntəqələrində bunu yoxladım və mən hər şeyin düzgün aparıldığının şahidi oldum”, - deyə o qeyd edib.

 

APA

Tarix: 1 Sentyabr 2024, 12:32   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
50
pravda.az

10Mənbələr