AZ

“Hər hansı ciddi pozuntu qeydə alınmayıb”

“Müşahidə missiyamız seçkilərin açıq, şəffaf, Azərbaycan qanunvericiliyinə və beynəlxalq srandartlara uyğun keçirildiyini hesab edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının baş katibinin müavini, müşahidə missiyasının rəhbəri Ömer Kocaman növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, seçki prosesində hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb: “Missiyamız Bakının rayonlarında və Abşeron-Xızı bölgəsində müşahidələr aparıb. Ümumilikdə 36 seçki məntəqəsində müşahidə aparılıb, insanların seçki günü öz iradələrini azad şəkildə həyata keçirmək üçün bütün zəruri tədbirlər görülüb. Seçkidə yerli və xarici müşahidəçilərin olması seçki prosesinin şəffaf keçirilməsindən xəbər verir.

Nərimanov rayonunda 21 saylı məntəqədə səslərin sayılma prosesində iştirak etdik. Hər hansı ciddi pozuntu qeydə alınmayıb. Seçki məntəqəsi daxilində və ya yaxınlığında hər hansı kampaniyanın olması müşahidə olunmayıb”.

Gülnar Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
25
qafqazinfo.az

10Mənbələr