AZ

MDB seçkiləri azad və demokratik adlandırıb

MDB müşahidəçiləri Azərbaycanda keçirilən Parlament seçkilərini azad və demokratik seçki prosesi kimi qiymətləndirib. Bu barədə  MDB müşahidəçilər missiyasının rəhbəri, Birlik baş katibinin birinci müavini Leonid Anfimov jurnalistlərə açıqlamasında bildirib. 
 
"Azərbaycanın seçki qanunvericiliyi parlament seçkilərinin ümumi, bərabər və birbaşa seçki hüququ əsasında səsvermənin məxfiliyini təmin etməklə təşkil və keçirilməsinə imkan verib”, -missiyanın nəticələrini təqdim edərkən söyləyib. 
 
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə hakim partiya YAP 68 nəfər namizədi ilə qalib gəlib. 
 
Bu seçkilərdə qadın deputatların sayı 21-dən 25-ə çatıb. 
 
Mərkəzi Seçki Komissiyası seçki ilə bağlı ölkə üzrə 91%-lik nəticələri elan edib. 
 
Gülnar 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
31
anews.az

10Mənbələr